Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İtaliya A Seriyası: "Qoca sinyora" turu qələbə ilə başa vurdu
"Yuventus" İtaliya A Seriyasının 27-ci turu çərçivəsində evdə "Verona"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, matç Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qarşılaşmada qolları Kefren Türam və Tem Kopmeyners vurublar.
Bu qələbə sayəsində "Qoca sinyora" 52 xalla 4-cü pilləyə qalxıb. Hesabında 26 xal olan "Verona" isə 14-cü yerdə qərarlaşıb.
"Yuventus FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar