Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsində 6 kV-luq hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar martın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbənin mərkəzi hissəsində, eləcə də Oqtay Şabanov və Elçin Məmmədov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının "Azərenerji" və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Belə ki, 10 mart 2025-ci il tarixində 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan ərazilərdə 15:00-dan 17:00-dək, 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan ərazilərdə isə saat 17:00-dan 18:00-a dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.