Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

PSJ-dən Vircil van Deykə 100 milyon avroluq maaş TƏKLİFİ
Yayda "Liverpul"la müqaviləsi başa çatan Vircil van Deyk karyerasını Fransada davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, PSJ niderlandlı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Paris klubu van Deyklə danışıqlara başlayıb. PSJ azad agent statusunda olacaq 33 yaşlı futbolçuya 100 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ilin yanvar ayından "Liverpul"da çıxış edir. Niderland millisinin üzvü olan təcrübəli müdafiəçi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Liverpul FK" teqi üzrə xəbərlər
- Alisson Bekker Braziliya millisinin düşərgəsindən ayrıldı
- Klublararası dünya çempionatında qalmaqal: "Barselona", yoxsa "Liverpul"?
- İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı qapıçısı bəlli olub
- "Real Madrid" Trent Aleksander-Arnoldu transfer edir
- "Liverpul" və "Milan" "Real Madrid"in mərkəz müdafiəçisi üçün təklif hazırlayır