Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ukraynanın Ər-Riyadda ABŞ ilə nəyi müzakirə etdiyi BƏLLİ OLDU
"Ukrayna və ABŞ nümayəndə heyətləri martın 23-də Ər-Riyadda apardıqları danışıqlar zamanı Qara dənizdə atəşkəs imkanını və liman, çay infrastrukturunun bu rejimə daxil edilməsi məsələsini müzakirə ediblər".
Oxu.Az "Rada" telekanalına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodomir Zelenskinin ofisinin müşaviri Sergey Leşenko deyib.
Onun sözlərinə görə, görüş iki mövzuya aid olub - infrastruktur və gəmiçiliyin təhlükəsizliyi:
"Söhbət ikitərəfli atəşkəsdən gedib. Əsirlər mübadiləsinin davam etdirilməsi mövzusu da qaldırılıb. Danışıqlar texniki xarakter daşıyıb".
"Ukrayna" teqi üzrə xəbərlər
Ən çox oxunanlar