Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

BVF rəhbəri Bakı haqqında paylaşım edib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (IMF) sərəncamçı direktoru Kristalina Georgiyeva paytaxt gəzintisindən təəssüratlarını bölüşüb.
Oxu.Az xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki paylaşımında şəhərin heyrətləndirici memarlığını və mədəni zənginliyini qeyd edərək səmimi qonaqpərvərliyə və xoş ünsiyyətə görə təşəkkürünü bildirib.
"COP29 çərçivəsində Bakının canlı mənzərələri və səslərindən zövq almaq üçün vaxt ayırdım. Möhtəşəm memarlıqdan zəngin mədəniyyətə qədər, bu füsunkar şəhər, həqiqətən də hissləri ovsunlayır. Səfərim zamanı göstərilən səmimi qonaqpərvərliyə və ilhamlandırıcı ünsiyyətə görə minnətdaram!", - o yazıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşmüşdü.
Took a moment to enjoy the vibrant sights and sounds of Baku on the sidelines of #COP29. From the stunning architecture to the rich culture, this remarkable city truly captivates the senses. Grateful for the warm hospitality and inspiring interactions during my visit! pic.twitter.com/v3nRhLQeaH
— Kristalina Georgieva (@KGeorgieva) November 14, 2024
"COP29" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
- Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olacaq?
- Mehriban Vəliyeva: "Türk və müsəlman dünyası dövlətlərinin BMT TŞ-də təmsil olunmasına ehtiyac var"
- XII Qlobal Bakı Forumunun ilk gününün sonuncu panel müzakirəsi başa çatıb
- Azərbaycan XİN başçısı: "BMT TŞ-nin tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir"