Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

SOCAR və ESM enerji əməkdaşlığını genişləndirir
Şimali Makedoniyanın Skopye şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ESM Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, bu sənəd tərəflər arasında Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
Anlaşma Memorandumuna əsasən, tərəflər 2024-cü il qış mövsümünün başlaması ilə Şimali Makedoniyaya çatdırılan Azərbaycan təbii qazının təchizatı üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını və enerji ilə bağlı digər layihələrin araşdırılmasını diqqətdə saxlayacaqlar.
Qeyd edək ki, Şimali Makedoniya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan on birinci ölkə olub.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- DTX Neft Emalı Zavodunda baş vermiş yanğınla bağlı vəzifəli şəxsi saxladı
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq