Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gürcüstan elektromobil istehsal edəcək
Gürcüstanda elektrik enerjisi ilə çalışan avtomobillər istehsal olunacaq.
Georgia Online xəbər verir ki, bunu Gürcüstan baş naziri Mamuka Baxtadze bəyan edib.
O bildirib ki, elektromobillər Kutaisi şəhərində inşa olunacaq zavodda yığılacaq.
Baş nazir qeyd edib ki, artıq gələn ildən elektromobillərin satışına başlanılacaq.
Bildirilir ki, Kutaisidəki zavodu Çinin “Çanqan” şirkəti inşa edəcək. Zavodda istehsal olunacaq elektromobillərin 50 faizi daxili bazara yönəldiləcək, digər hissəsi isə Avropa İttifaqı ölkələrinə göndəriləcək.
Zavodun illik istehsal gücü 40 min avtomobil təşkil edir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar