“Ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.
O, Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı olduğunu deyib:
“Qatarların gecikməsi dünyanın hər yerində baş verir. Soyuq hava da belə hallara rast gəlinə bilər. Əsas səbəb dəmiryol infrastrukturun çox köhnə olmasıdır. Təmirə ehtiyac var. Yenidən qurulması planlaşdırılır”.
Nəzrin Vahid