Ağstafa rayonu ərazisində “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, nəticədə sürücü, 1992-ci il təvəllüdlü Şəmistan Hüseynov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.