Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ali təhsildə hansı fənlər vacibdir, hansılar artıq hesab olunur? - SORĞU
Ali təhsildə hansı fənlər vacibdir, hansılar artıq hesab olunur? Baku TV bu sualla tələbələr arasında sorğu keçirib.
Nəticələr göstərir ki, bu gün bir çoxları ixtisas fənlərindən əlavə dərslərin keçirilməsinin tərəfdarı deyillər.
Bunu bəzən əlavə dərs yükü, vaxt itkisi və stimulu aşağı salan səbəb kimi izah edənlər var.
"1-ci kursdan etibarən əsasən qeyri-ixtisas fənləri tədris olunur. Bu fənlərin mənim gələcək ixtisasımla heç bir əlaqəsi yoxdur. Məncə, onların əvəzinə ixtisasa uyğun və dil bacarıqlarını inkişaf etdirən fənlərin keçirilməsi daha məqsədəuyğun olardı", - deyə tələbələrdən biri bildirib.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən isə qeyd edilib ki, ali təhsil müəssisələrində ixtisasa uyğun olmayan, lakin ümumi təhsil, sosial-humanitar və seçmə xarakterli fənlərin tədrisi ali təhsilin məqsədlərinə uyğun şəkildə planlaşdırılır:
"Müasir əmək bazarının tələbləri və qlobal təhsil sistemlərinin tendensiyaları göstərir ki, ali təhsil yalnız dar ixtisas bilikləri ilə məhdudlaşmamalı, tələbələrə tənqidi düşünmə, ünsiyyət, etik məsuliyyət, komanda ilə işləmə və digər şaxələndirilmiş bacarıqlar qazandırmalıdır. Bu məqsədlə kurikulumlara ixtisasdan kənar, lakin tələbənin intellektual və sosial inkişafına töhfə verən fənlər daxil edilir".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Xocalının canlı şahidi: Qarabağ həqiqətlərini dünyaya çatdıran amerikalı jurnalist
- Qərbi Azərbaycan Xronikası: "Türklərin qədim yazıları bilərəkdən dağıdılıb"
- İsrailin hücumları üçün yeni fürsət necə yarandı? - Yaxın Şərqi silkələyən savaşın detalları
- NKVD Çəmənzəminlinin otağında nə tapdı? - Yazıçıya və ailəsinə edilən zülmlər
- Paytaxtın bitməyən su dərdi