Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Anar Kərimov “uşaq pulu”nun verilməsi məsələsindən danışdı
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “uşaq pulu”nun verilməsi məsələsinə aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, hazırda uşaqlara 14 növ sosial müavinət verilir:
“Bunun üçün ildə 494 milyon manat ayrılır və 585 min uşağı əhatə edir. Ünvanlı sosial yardımdan təkcə bu il ərzində 160 min uşaq faydalanıb.
Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. “Uşaqpulu” isə ünvanlılıq prinsipinə tam cavab vermir”.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər