Türkiyənin paytaxtı Ankaranın simvollarından biri olan “Atakule” qülləsində Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırılması bu ölkənin mediasının diqqətindən yayınmayıb.
Belə ki, “HaberGlobal” telekanalı bununla bağlı “Türkiyədən Azərbaycana jest. Paytaxtın simvolu “Atakule” Azərbaycan bayrağı rənglərinə büründü” sərlövhəli material yayımlayıb.