Bu günlərdə Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Xəyyam Hüseynov və Elçin İsmayılovun Rusiya Federasiyasına məxsus aksiz markaları ilə markalanmış spirtli içkiləri Azərbaycana gətirmək istədikləri barədə məlumat daxil olub.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilənə görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində bu cəhdin qarşısı alınıb.
Belə ki, Rusiya Federasiyasından Azərbaycan ərazisinə daxil olan 02 7589 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə “Samur” gömrük postunda baxış keçirilərkən yüklərin arasında 0,7 litrlik 576 ədəd “Beluga Transatlantik Rasing” markalı araq aşkar edilib.
Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsi tərəfindən faktla bağlı təhqiqat aparılır.