Əməkdar artist Mətanət İsgəndərlinin Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi fəaliyyətinə xitam verilib.
Oxu.Az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni özü bu gün Nərimanov rayon Məhkəməsində baş tutan məhkəmə prosesində bildirib.
O, işdən uzaqlaşdırılmasının səbəbini izah etməyib.
Qeyd edək ki, bu gün Mətanət İsgəndərlinin Aznews.az saytının Baş redaktoru Elçin Zahiroğluna qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə prosesi keçirilib. Müğənni özü haqda narkotik istifadəçisi olması ilə bağlı yayımlanan informasiyaya görə baş redaktorun həbsini istəyir.