Bugünkü məhkəmə prosesində vəkilim Elçin Sadıqov vaxt istədi. Çünki vəkillə bu gün müqavilə bağlamışıq.
Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu deyib.
“O, işin materialları ilə tanış deyildi. Vəkil hakimdən möhlət istədi və növbəti məhkəmə prosesi iyunun 30-a saxlanıldı”.
Qeyd edək ki, Aznews.az saytında müğənninin narkoman olması ilə bağlı xəbər yayılıb. Müğənni Nərimanov Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək iki jurnalistin – İntiqam Valehoğlu və Elçin Zahiroğlunun böhtana görə Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Bu gün məsələ ilə bağlı ilkin məhkəmə prosesi keçirilib.