Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Audiovizual Şuranın sədri: "Azərbaycanda cizgi filmlərinin yerli istehsalı yoxdur"](https://images.oxu.az/2025/02/14/CGmSCcffByoMSjUZfgRwh3JSvePwqJxVanGMHPTY:1200.jpg)
Audiovizual Şuranın sədri: "Azərbaycanda cizgi filmlərinin yerli istehsalı yoxdur"
"Yerli cizgi filmlərinin, animasiyaların istehsalı ilə bağlı problemlər var. Dünyanın heç bir yerində televiziya kanalları özləri cizgi filmi çəkmirlər, bu, müstəqil prodakşınların işidir".
Oxu.Az xəbər verir ki, bunu televiziya kanallarında uşaq verilişlərinin az olması barədə sualı cavablandırarkən Audiovizual Şuranın sədri İsmət Səttarov deyib.
O qeyd edib ki, bir sıra kanallar ixtisaslaşmış olduğu üçün onların qarşısında uşaq proqramları ilə bağlı tələb qoymaq olmur.
İ.Səttarov, həmçinin deyib ki, Azərbaycanda bir uşaq kanalı fəaliyyət göstərir:
"O da geniş imkanlara malik deyil. Kanal Xaçmazda yerləşir, peyk vasitəsilə ölkəyə yayımlanır. Bu kanalın fəaliyyəti nəticəsində uşaqların cizgi filmlərini izləmək imkanı olur".
İ.Səttarov İctimai Televiziyanın qanunla uşaq verilişlərinə vaxt ayırmaqla bağlı öhdəliyinin olduğunu qeyd edib:
"Digər kanallarda uşaq kontingenti ilə bağlı vəziyyət o qədər qənaətbəxş deyil. Bu məsələdə kanallara hansısa məcburiyyət qoymaq da doğru deyil. Bununla yanaşı, uşaq verilişlərinin yayımında diqqətli olmaq lazımdır ki, yayımlanan cizgi filmləri onlara zərər verməsin".
![](https://img.youtube.com/vi/lzLgqF-oJ-c/sddefault.jpg)
Aləmdə Nəsib