Yeni fəaliyyətə başlayan “AvtoFM” radiosu sıralarını genişləndirmək və istedadlı şəxslərə yeni imkanlar yaratmaq məqsədi ilə DJ müsabiqəsi elan edir.
Oxu.Az xəbər verir ki, “AvtoFM” komandasına qoşulmaq, səsi ətrafında minlərlə insanı toplamaq arzusunda olan hər kəs info@avtofm.az elektron ünvanına öz CV-sini yollaya bilər.
Qeyd edək ki, Azərbaycanın efir məkanında yeni fəaliyyətə başlayan “AvtoFM” radiosu 107.7 FM tezliyində yayımlanır. Radio 2013-cü ilin sentyabrın 7-dən dekabr ayının 1-dək texniki rejimdə yayımlanıb. Hazırda 107.7 FM “AvtoFM” radiosu tam fəaliyyət göstərir.
