09:20
Ötən gecə paytaxtda piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.
Azadlıq meydanında qeydə alınan hadisə zamanı 19 yaşlı Zeynalov Əbil Abbas oğlunun idarəetdiyi “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən piyada 13 yaşlı İsmayılova Tahirə Ələkbər qızını vurub. Zərbənin gücündən gənc qız elə hadisə yerində dünyasını dəyişib.
Yol nəqliyyat hadisəsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. İlkin ehtimala görə, avtoqəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən qeydə alınıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Araşdırmalar aparılır. Qəzanın dəqiq səbəblərinə isə istintaqın sonunda aydınlıq gətiriləcək (www.anspress.com)
08:30
Bakıda ağır yol qəzası baş verib.
APA-nın hadisə yerinə olan əməkdaşının məlumatına görə, iyunun 9-da saat 23.30 radələrində “Mercedes Gelandwagen” markalı avtomobil Azadlıq meydanında 15-16 yaşlarında qızı vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə baş verən andan Azadlıq meydanı ətrafında böyük tıxac yaranıb. Yol polisinin əməkdaşları hadisə yerində iş aparır.
Hadisə yerində olan polislər APA-ya bildiriblər ki, qəzanı törədən sürücü artıq saxlanıb.
www.apa.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin