Bir neçə gün əvvəl YouTube sosial şəbəkəsində yayılmış və ermənilərin Azərbaycan, Türkiyə bayraqlarının təsviri olan daşları, eləcə də, Azərbaycan sözünün yazıldığı lövhələri sındırması ölkəmizdə böyük rezonans doğurmuş və narazılıqla qarşılanmışdı.
Oxu.Az xəbər verir ki, hadisədən sonra Azərbaycan ordusunun əsgərləri ermənilərin bu fitnəsini cavabsız qoymayıblar.
Belə ki, YouTube-də yerləşdirilmiş və Milli Ordumuzun kəşfiyyatçılarının keçdikləri təlimin əks olunduğu videofraqmentlərdə düşmən tərəfi atdığı addım qarşılığında cavabını alır.
Diqqəti çəkən digər bir məqam isə odur ki, erməni separatçılarının təqdim etdiyi videoda öz “güclərini” göstərən şəxslər yaşlı, orduda müddətdən artıq xidmət keçən şəxslər olsa da, Milli Ordumuzun təlimində iştirak edən kəşfiyyatçılar yalnız gənc əsgərlərimizdən ibarətdir.
Həmin videogörüntüləri oxucularımıza təqdim edirik.
Videonu göndərdi: Rüstəm Ağazadə