“Biz birlikdə güclüyük!” adlı Azərbaycan Gənclərinin IX Forumu çərçivəsində keçirilən Bakı şəhər zona toplantısı “ZOOM” tətbiqi vasitəsilə onlayn şəkildə keçirilib.
Toplantıda 500 nəfər nümayəndə iştirak edib və onlar, əsasən elm, təhsil, səhiyyə, hərbi, iqtisadiyyat, könüllü, hüquq mühafizə orqanları, qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, həmçinin yaradıcı və istedadlı gənclərlə iş sahələrini əhatə edən nümayəndələridir.
Toplantıda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, həmçinin Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva iştirak edib.
Toplantı Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb. Himn səsləndikdən sonra Raqif Abbasov qonaqları salamlayıb, 1 dəqiqəlik sükutla şəhidləri yad edib.
Sonra isə 44 günlük müharibənin bitməsi və zəfər çalmağımız münasibəti ilə hər kəsi təbrik edib.
Daha sonra Fərid Cəfərov iştirakçıları salamlayaraq sözə başlayıb. O, 44 günlük müharibədən, əsgər və zabitlərimizin şücaətindən danışıb, həmçinin qazilərimiz haqqında söz açıb. Toplantının davamında İndira Hacıyeva Prezidentin siyasətini nəzərə alaraq gənclərimizi hər zaman həmrəy olmağa çağırıb.