“Ölkədə peşəkar kadr hazırlığı sahəsində də ciddi addımlar atılır”.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov “İctimai TV” telekanalında yayımlanan “Diqqət mərkəzində” verilişində çıxışı zamanı məlumat verib.
O bildirib ki, Səhiyyə Nazirliyi bu istiqamətdə ölkə səhiyyəsində illərdir ki, ardıcıl işlər aparır:
“Tibb Universitetinin kurrukilumu Avropa tibb təhsili standartlarını nəzərə almaqla dəyişdirilib və bu proses hələ də davam edir. Rezidentura pilləsi internaturanı əvəz edib. Hər il 300-400 nəfərə yaxın rezident proqramı uğurla bitirir və dövlət müəssisəllərində işlə təmin olunur.
Nazirlik tərəfindən ölkədə çalışan tibb işçilərinin vahid elektron registri yaradılıb. Düşünürəm ki, kadr hazırlığı sahəsində görülən işlərin davam etdirilməsi, zəruri yeniliklərin tətbiqi əhali arasında milli səhiyyə sisteminə inamı artırmaqla yanaşı, səhiyyəni dünya standartlarına da gətirib çıxara bilər”.
Könül Cəfərli