Yanvar ayında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılan xeyli çağırışçıda xəstəlik aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılarda xəstəlik aşkarlanmış 157 nəfər geri qaytarılıb.
Qeyd edək ki, yanvar ayının əvvəlində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçirilir.