Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Gəncə, Ağstafa, Qobustan, Neftçala, Hacıqabul, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Tərtər, Yevlax, Bərdə, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Ağdam, Beyləqanda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən, Tovuzda da fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.
Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.