“3 dost” animasiya studiyası ikinci “Cırtdan və sehirli xalat” adlı animasiya filmi üzərində işə başlayıb.
Oxu.Az Vesti.Az-a istinadən bildirir ki, animasiya filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Azərbaycan folklorunun motivləri əsasında çəkilir.
Cari layihə üzərində Müşfiq Hətəmovun dəstəyi ilə Rəşad Əfəndiyev və Yusif Qabilovun başda olmaqla “3 Dost” animasiya studiyası iştirak edir.
Xatırladaq ki, 2011-ci ildə “Cırtdan və Təpəgöz” animasiya filmi təqdim edilib.