Saatlıda zəlzələ olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 14:57:56-də Saatlıda zəlzələ baş verib. Yeraltı təkanlar rayon mərkəzindən 24 km şimal-şərqdə qeydə alınıb.
Maqnitudası 3.8 dərinliyi 39 km olan zəlzələ hiss olunmayıb.
11:04
Azərbaycanın şimalında zəlzələ olub.
AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yeraltı təkan iyunun 29-da, saat 09:23-də Quba rayonu ərazisində baş verib.
Maqnitudası 3.0 olan, 9 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.