“Hazırda Azərbaycanın ən yaşlı kəndirbazı mənəm. 1961-ci ildən kəndirbazlıq sənəti ilə məşğulam. Çünki bu, mənim ata sənətimdir”.
Bunu Baku TV-yə açıqlamasında Azərbaycanın ən yaşlı kəndirbazı Rəşid Ələkbərov deyib.
75 yaşlı qocaman kəndirbaz yaşın onun üçün problem olmadığını söyləyib:
“Azərbaycanda elə bir rəqib tanımıram ki, mənimlə yarışa bilsin. Mənim üçün kəndirə çıxmaq əziyyətli deyil. Bir balaca çətinliyim gözlərimlə bağlıdır, çünki 1993-cü ildə gözümün birini itirmişəm”.
O, sənəti ilə bağlı qarşılaşdığı ən yaddaqalan hadisədən də danışıb:
“Laçın rayonunda Şəlvə dərəsi deyilən bir yer var. Həmin ərazidə kəndir qurulduğu yerdən qopdu, yıxıldım. Şirin çay gətirdilər, onu içdim, durub yenidən kəndirə çıxdım”.
Ətraflı süjetdə:
Azərbaycanın ən yaşlı kəndirbazı: “Özümə rəqib tanımıram” - VİDEO
Rəylər