Azərbaycanın Xalq artisti, aktyor Əjdər Həmidov Tovuz rayonunda zəncirvari qəzaya düşüb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobillə "Mercedes Vita" və aktyor Əjdər Həmidovun idarə etdiyi "Cherry" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində Ə.Həmidov yüngül xəsarət alıb. "VAZ 2107"-nin sürücüsü Nofəl Həsənzadə və "Mersedes" markalı avtomobilin sürücüsü Abdulla Hüseynov da xəsarət alıblar.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Nazir Quliyev