Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mayamidə faciəli şəkildə ölən Ceyhunun ailəsi: "Xanımını xilas edəndə boğuldu"
ABŞ-nin Florida ştatının Mayami şəhərində azərbaycanlı gənc Ceyhun Sadibəyli faciəli şəkildə həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Bakupost.az-a Ceyhun Sadibəylinin yaxınları bildirib.
Onların dediyinə görə, hadisə "South Beach" adlanan ərazidəki çimərlikdə baş verib. Belə ki, orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xanımını ölümün cəngindən xilas edən Ceyhun özü boğularaq həlak olub.
Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğulmuşdu. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.
Azərbaycanlı gənc Mayamidə ölüb.
Oxu.Az xəbər verir ki, hadisə bu gün baş verib.
Belə ki, ABŞ-nin Boston şəhərində yaşayan həmyerlimiz Ceyhun Sadibəyli istirahət üçün gəldiyi Mayami şəhərində suda boğularaq həyatını itirib.