Azərbaycanda “Opera Mini” brauzerinin istifadəçiləri arasında ən çox müraciət edilən saytların onluqları müəyyən edilib.
Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bu ilin üçüncü rübündə həmişə olduğu kimi “Opera Mini” brauzerinin istifadəçilər arasında ən çox müraciət edilən saytlar sırasına “Google” axtarış sistemi, “Facebook” və “Odnoklassniki” sosial şəbəkələri və “YouTube” servisi olub.
Maraqlı məqamlardan biri odur ki, “Java” telefonları sahibləri üçün “Odnoklassniki” sosial şəbəkəsi “Facebook”dan daha çox maraqlıdır.
“iOS” qurğuları istifadəçilərini ən çox maraqlandıran saytların onluğuna yeganə milli internet resursu “turbo.az” olub.
Qeyd edilən saytlardan sonra orta maraq doğuran saytlar sırasına “opera.com”, “mail.ru”, “vk.com”, “blogspot.com”, “wikipedia.org”, “yandex.ru” internet resursları daxildir.