Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Bakı Metropoliteni”nin idarə rəisi vəzifəsindən azad edildi
“Bakı Metropoliteni” QSC-nin 2014-cü ildən hüquq idarəsinin rəisi işləyən Adil Atakişiyev vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin olunub.
Bir qədər əvvəl isə metronun İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan resursları şöbəsinin rəisi Əli Əliyevin vəzifələri dəyişdirilib. Belə ki, T.Dadaşov Aparat rəhbəri, Ə.Əliyev isə İnsan resursları və layihələrin idarəedilməsi departamentinin rəisi vəzifələrinə təyin edilib.
"Bakı" teqi üzrə xəbərlər
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı