Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə əlavə texniki fasilə götürüləcək
COP29 tədbirlərinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC dəmiryol nəqliyyatında artacaq sərnişin tələbatını nəzərə alaraq qatarların qrafik üzrə fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə Abşeron dairəvi dəmiryol xətti üzrə infrastruktura kompleks baxış keçirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, fəaliyyətində təhlükəsizliyə xüsusi önəm verən ADY sərnişinlərin mənzilbaşına rahat və vaxtında çatdırılması məqsədilə Bakı-Pirşağı-Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə əlavə texniki fasilənin götürülməsini qərara alıb.
Belə ki, 30 oktyabr tarixindən 7 noyabr tarixinədək Bakı-Pirşağı-Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə qeyri-pik saatlarda hərəkət edən qatarların qrafikində dəyişiklik edilir. Dəyişikliyə əsasən, qeyd olunmuş 9 gün ərzində Bakıdan saat 09:30-da və 10:00-da, Sumqayıtdan isə 10:00-da və 11:00-da yola düşən sürət qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.
Götürülmüş texniki fasilə müddətində ərazidə kontakt şəbəkəsi, rabitə və işarəvermə qurğuları, o cümlədən yoldəyişənlərin tam saz vəziyyətə gətirilməsi üçün profilaktik işlər aparılacaq.
Qeyd edək ki, digər qatarların hərəkəti 16.09.2024-cü il tarixində təsdiq olunmuş hərəkət cədvəli üzrə dəyişiklik edilmədən qüvvədə saxlanılıb.
Anar Həsənov
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür
- Bakı Dəmiryol Vağzalındakı yeni turniketlərdə bank kartından istifadəyə niyə icazə verilmir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Rusiya Şimal-Cənub dəhlizi ilə daşımalara dair sazişi dəstəkləyib
- Azərbaycan Dəmir Yollarına məxsus şirkətin adı dəyişdirilib
Rəylər