Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakı sakinləri "əl çirki" saydıqları pulu nə üçün yığır? - SORĞU
“ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.
Azərbaycanlıların ən çox danışdığı və müzakirə etdiyi mövzulardan biri də puldur.
"Nə qədər maaş alırsan?", "Pulunu nəyə xərcləyirsən?" tipli sualları tez-tez eşitməli oluruq. Bəs görəsən, Bakı sakinləri "əl çirki" saydıqları pulu nə üçün yığır?
Oxu.Az xəbər verir ki, rəyi öyrənilən sakinlərin üçdə biri pul yığdığını bildirib (31 %). Onlar pulu gələcəklərini sığortalamaq üçün yığdıqlarını bildirib (30 %). Respondentlərin dörddə biri isə "Ehtiyat igidin yaraşığıdır" prinsipi ilə pul yığır (26 %). Yığdığı pula yay istirahətini planlaşdıranlar da az deyil (17 %). Mənzil sahibi olmaq istəyənlər və övladlarının gələcəyi üçün pul yığanlar da siyahıda yer alıblar ( hər biri 14 %). 12 % respondent şəxsi tələbatını ödəmək üçün pul yığdığını bildirib. Pul yığan respondentlərin hər onundan biri pulu avtomobil almaq üçün yığdığını bildirib (10 %).
Maraqlı məqam odur ki, pul yığanların əksəriyyəti, əsasən, 18-24 yaş aralığında olan gənclərdir (55 %). Ahıl insanlar (65 və daha yuxarı yaş qrupu) isə əksinə, pul yığmaqda maraqlı deyil (17 %).
Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR