Bu gün saat 11 radələrində Yasamal rayonunda atılan güllələr küçə itlərinə tuşlanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, ətrafı itlərin zingiltisi bürüyüb.
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları uşaqların gözü qarşısında günahsız heyvanları gülləbaran edib. Küçə boyu itlərin qanı su yerinə axıdılıb.
Sivil dövlətlərdə itləri yuxu dərmanlarının köməyi ilə ovlayıb sonra da sonsuzlaşdırırlar. Azərbaycanda isə sahibsiz heyanlara qarşı öldürməklə mübarizə aparılır.
Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən Milli.Az-a bildirildi ki, Yasamal rayonunda bu gün heç it öldürməyiblər. Bildirildi ki, onların əməkdaşları hazırda Xəzər rayonunda sahibsiz itlərlə mübarizə aparırlar.
“İtlərin öldürülmədən sonsuzlaşdırılması mümkün deyilmi?” sualına isə idarənin xanım əməkdaşı “ona vəsait lazımdır, bizim isə gücümüz öldürməyə çatır” cavabını verdi.
Diqqət, xahiş edirik ürəyi zəif olan şəxslər fotoşəkillərə baxmasınlar.



www.oxu.az