Bədbəxt hadisə nəticəsində ölən ana və uşağının kimliyi məlum olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən verilən məlumata görə, dünyasını dəyişən 1968-ci il təvəllüdlü Nərgiz Əziz qızı Hacıyeva və onun övladı 2009-cu il təvəllüdlü Elman Nail oğlu Hacıyevdir.
14:50
Bu gün Bakının Nizami rayonu ərazisində bədbəxt hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən verilən məlumata görə, Babək prospektində 103 ünvanında ana və körpə oğlu ilə gedərkən ağac onların başına aşıb. Nəticədə hər iki şəxs dünyasını dəyişib.
Hazırda xilasedicilər hadisə yerindədirlər. Onların meyidinin çıxarılması işləri davam edir.