Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən 1996-cı il təvəllüdlü Cəfərov Zaur Xaqani oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda sağ qamış sümüyünün sınığı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.