Bakıda zəncirvari qəza olub, 5 maşın toqquşub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Binəqədi şosesində qeydə alınıb.
Qəza nəticəsində, “90-MC-028” dövlət nömrə nişanlı ”Volkswagen” markalı avtomobil, “10-UG-327” dövlət nömrə nişanlı “Vaz 2107”markalı avtomobil, “90-CJ-024” və dövlət nömrə nişanı məlum olmayan 2 Hyundai markalı avtomobil, “99-EF-114” dövlət nömrə nişanlı ”Mercedes” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Ərazidə böyük tıxac yaranıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.