Bakı şəhərində yanğın baş verib.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az