Argentinalı model Paula Brindisi yeni layihə üçün Buenos-Ayres küçələrində lümlüt gəzib.
Oxu.Az xəbər verir ki, 30 yaşlı model fotoqraf dostu tərəfindən gündəlik gördüyü işləri edərkən görüntülənib.
Brindisi insanların gündəlik həyatda çılpaqlıq görəndə verdikləri reaksiyaları tutmağa çalışdıqlarını söyləyib. Model insanların çılpaqlığa qarşı olmadığını, hətta bəzilərinin onu alqışladığını deyib.
Xatırladırıq ki,o, 2005-ci ildə Barcelonada 3 kişilə birlikdə küçədə lümlüt soyununca həbs olunmuş, ancaq bir layihə səbəbiylə soyunduğu məlum olduqdan sonra sərbəst buraxılmışdı.
Aytən Sadıqzadə