Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar bu gün saat 13:00-dək Nərimanov, saat 18:00-dək Ağstafa və Qazax, işlər başa çatanadək isə Binəqədi və Suraxanı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
E.Ə.
www.oxu.az