Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda beynəlxalq tədbir keçirilib
ADA Universitetində Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələr keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Fransa, İsrail, İtaliya, Türkiyə, Gürcüstan və Yunanıstanın müxtəlif təhlil mərkəzlərini, universitetlərini və mediasını təmsil edən 22 xarici ekspert iştirak edib.
Müzakirələr ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə baş tutub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dəyirmi masa iştirakçılarına Cənubi Qafqazda Azərbaycanın aparıcı rolu və irimiqyaslı layihələrdə iştirakı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğaldan azad etdiyi torpaqların minalardan təmizlənməsi və beynəlxalq təcrübə əsasında bu ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına geri qaytarılması və dövlət tərəfindən görülən digər tədbirlər barədə ətraflı məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə görülən işlər - əcnəbi tarixçilərin, jurnalistlərin və ekspertlərin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili, Azərbaycan həqiqətləri, Ermənistan tərəfindən regionun mədəni irsinə qarşı törədilmiş vandalizm aktları və post-münaqişə dövründə Azərbaycan dövlətinin apardığı bərpa-quruculuq işləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində Azərbaycan diasporunun fəaliyyəti və Komitənin beynəlxalq təşkilatlarla əlaqələri barədə məlumat verib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov Qarabağda aparılan irimiqyaslı bərpa-quruculuq işləri, inkişaf perspektivləri və mövcud resurslar, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün bilik əsaslı iqtisadiyyatın yaradılması, Qarabağın inkişafında yeni strategiyaların tətbiqi və rəqəmsal strategiyalara üstünlük verilməsi barədə ətraflı məlumat verib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qarabağ münaqişəsinin tarixi, Ermənistan tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti, Cənubi Qafqaz regionunda Azərbaycanın strateji rolu və beynəlxalq ictimaiyyətin doğru məlumatlandırılmasının əhəmiyyətindən danışıb.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova post-münaqişə dövründə Azərbaycan dövlətinin gördüyü işlər və gələcək perspektivlər barədə çıxış ediblər.
Dinləmələr zamanı Cənubi Qafqaz regionunun inkişafı, Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında xarici ekspertlərin əhəmiyyətli rol oynadığı vurğulanıb.
"ADA Universiteti" teqi üzrə xəbərlər
- "Nar" uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
- "COP29 və Dayanıqlı Media Təcrübələri" mövzusunda növbəti təlimlər keçirilir
- Böyük Britaniya lordları ADA Universitetində təşkil edilən konfransda çıxış ediblər
- Böyük Britaniya lordları Tahir Gözelin təşəbbüsü ilə Fəxri xiyabanı ziyarət ediblər
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?