Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Serenay Sarıkaya şahid qismində ifadə verdi
Məşhur türkiyəli aktrisa Serenay Sarıkayanın "İD Consulting Limited" şirkətinin təsisçisi və ortağı olan menecer Ayşe Barım barəsində başladılan istintaq çərçivəsində şahid kimi ifadəsi alınıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
İfadə üçün məhkəmə binasına gələn aktrisa təxminən 30 dəqiqə gözləməli olub. Bu müddətdə mətbuat mənsublarına da bəzi açıqlamalar verib və barəsindəki iddiaların böhtan və yalan olduğunu bildirib.
Sarıkayanın sözlərinə görə, həqiqəti əks etdirməyən iddialara son qoyulması üçün onun ifadəsinə baş vurulub.
"Heç bir problem yoxdur. Mənim adıma ünvanlanan bütün iddialar və böhtanlarla bağlı mən də hüquqi proses başladacağam. Hazırda istintaq çərçivəsində olduğu üçün deyəcəyim başqa bir şey yoxdur", - deyə o qeyd edib.
Mətbuat mənsubunun "Nüfuzunuza xələl gələn bir hal varmı? Bununla bağlı nə demək istərdiniz?" sualına cavab olaraq Sarıkaya belə bir halın olmadığını deyib.
"Şübhəsiz ki, dişimlə-dırnağımla bu günlərə gəlib çatmışam. Nüfuzdan salmaq cəhdi problem deyil. Bu işlər belə olmur. Həqiqət onsuz da aydın və konkret bir şəkildə göz qabağındadır. Ona görə də ifadəmizi verdik və gedirik", - deyə o vurğulayıb.
Türkiyəli menecer Ayşe Barım haqqında sosial şəbəkələrdə yayılan iddialarla bağlı aparılan istintaq çərçivəsində məşhur aktrisa Serenay Sarıkaya şahid qismində ifadə verməsi üçün məhkəmə binasına gəlib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, aktrisa ümumi girişdən binaya daxil olub. Serenay Sarıkaya 5 milyon dollar almasına dair iddialarla bağlı mətbuat mənsublarının suallarını cavablandırmayıb.
Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılıb. İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu öyrənilib. İstintaq çərçivəsində Barım barəsində xaricə çıxış qadağası şəklində məhkəmə ədliyyə nəzarəti də tətbiq edilib.
Rəylər