Bu gün səhər 07:15 radələrində Səbail rayonunun Bayıl qəsəbəsində, 20-ci sahəyə düşən yolda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Səbail rayon 8-ci polis bölməsindən naməlum avtomobilin 45 yaşlı qadını vurduğunu bəyan ediblər.
Zərbənin gücündən qadının başı deşilib və əli qopub. Piyadanı vurmuş sürücü hadisə yerindən qaçıb.
Lakin onun arxası ilə gələn, hadisəyə şahidlik etmiş sürücü qayda pozucusunu Qaradağ rayonuna kimi təqib edib. Təəssüf ki, həmin avtomobilə çatmaq mümkün olmayıb. Məlumdur ki, bu, gilas rəngli, “44” seriyalı (Masallı rayonu) nömrəyə malik “VAZ 2016” markalı avtomobil olub.
Hazırda istintaq hadisə yerindən qaçmış sürücünün şəxsiyyətini müəyyənləşdirir. Hadisə qurbanının şəxsiyyəti müəyyənləşdirilsə də, adı açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.