Qarabağ Azadlıq Təşkilatının üzvləri ATƏT Parlament Assambleyasının sessiyasında Ermənistan nümayəndə heyəti iştirakına etiraz edib. Etiraz əlaməti olaraq bir qrup şəxs tədbirin keçirildiyi “Alov qüllələri” otelinə yürüş edib.
Oxu.Az xəbər verir ki, Musavat.com-un məlumatına görə, polis aksiyaya sərt müdaxilə edib. Aksiya dağıdılıb, saxlanılanlar olub.
Tədbir keçirilən otelin qarşısından uzaqlaşdırılan aksiya iştirakçıları etiraz aksiyasını Milli Məclisin önündə davam etdiriblər. Daha sonra polis onları oradan da uzaqlaşdırıb.
Aksiya iştirakçıları “Erməni faşistləri rədd olsunlar!”, “Ya Qarabağ, ya ölüm!” və digər sözləri yazılmış plakatlar qaldırıblar.