Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.
Həmin binadakı mənzillərdən birində yaşayan, 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib.
Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəb şagirdi dərhal keçinib.
Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəliblər.
U.A.
www.oxu.az