Bakının Nərimanov rayonunda gecə klubundakı yanğın söndürülüb.
Bununla bağlı Oxu.Az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bakının Nərimanov rayonunda yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Qeyd olunub ki, hadisə Molla Cümə küçəsindəki "Burju Baku" gecə klubunda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar.
Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən obyektin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək", deyə məlumatda bildirilir.