8 Mart Beynəlxalq Qadınlar Bayramına bir gün qalmış paytaxtımızda xanımların ən çox sevdiyi güllərin qiymətində artım müşahidə olunur.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, gül alıb xanımlarını təbrik etmək istəyənlər bir qədər çox pul xərcləməli olacaqlar.
Belə ki, adi günlərdən fərqli olaraq bu gündən etibarən təbrik üçün tələsən bəylərin xanımlarına almaq istədikləri güllərin qiymətləri “kəllə-çarxa” qalxıb:
1. Qırmızı və ağ qızılgülün qiyməti 4 manat.
2. Zambağın qiyməti 3-15 manata qədər.
3. Çobanyastığının qiyməti 2 manat.
4. Xrizantem gülünün qiyməti 2-3 manat.
5. Liliya gülü 8-9 manata qədərdir.
6. Nərgiz gülünün bir dəstəsi isə həmişəki kimi bir manata satılır.
Gül buketlərinin qiyməti isə tək güllərlə müqayisədə daha bahadır. Belə ki, satıcıların sözlərinə görə, buketə əlavə edilən ləçəklər və lentlər bağlandıqda qiymət daha da yüksək olur. Beş qızılgülün olduğu bir buketin qiyməti 30-35 manat arasında dəyişir.
Daha çox gənc xanımların sevdikləri suvenirlərin qiyməti isə belədir:
Ürək formasında olan yastıqlar 50-160 manatdır.
Ayı suvenirlərin qiyməti isə 35-70 manat arasında alıcılara təqdim olunur.