Bakının əsas küçə və prospektlərində tıxac yaranıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, paytaxtın əksər küçə və prospektlərində yaranan tıxac 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədardır.
Tıxacın əsasən Tbilisi, Azadlıq, Moskva, Heydər Əliyev, Atatürk prospektlərində, habelə Azneft meydanından Filarmoniya istiqamətində, 28 May, Cəfər Cabbarlı, Həsən Əliyev, Rəşid Behbudov küçələrində müşahidə edildiyi bildirilib.
Sürücülərə həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə olunur.