Dünən ANS -in “Adam içində” verilişinin qonağı olan tanınmış müğənni Manaf Ağayevin dediyi sözlər verilişdən sonra studiyada aləmi bir-birinə qatıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Elgiz Əkbər və Afət Rahilqızının aparıcılığını etdiyi proqramın bugünkü buraxılışında, efir bitdikdən sonra studiyada baş verənlər, eləcə də Bakıda iki qızın bir-birini vəhşicəsinə döyməsinin doğrudanmı oğlan üstündə olduğuna aydınlıq gətiriləcək.
Müzakirənin davamı bu axşam “Adam içində” işıqlandırılacaq.