Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda külək güclənib, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.
Narıncı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi arabir Şəkidə 28 m/s, Laçında 24 m/s, Oğuzda 23 m/s, Tərtərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Kəlbəcərdə 21 m/s, Zəngilan, Bərdədə 20 m/s, Mingəçevir, Naftalan, Daşkəsəndə 18 m/s, Ağdam, Şəmkir, Göygöl, Gədəbəydə 16 m/s-dək güclənib.
"Neft Daşları" stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü dörd metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-də 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
Rəylər