Azərbaycan paytaxtında piyada keçidinin uçması ilə nəticələn yol qəzasının təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyib, nəticədə keçid 99-JK-467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üzərinə düşüb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar.
Həmçinin keçidin uçması 27 yaşlı Lalə Məmmədova, 55 yaşlı Nəzakət Məmmədova və şəxsiyyəti məlum olmayan daha 4 nəfər xəsarət alıb.
Xəsarət alan Şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib.
20:00
Bakıda yerüstü piyada keçidi uçub.
Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Həmin ərazidən yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticə keçid uçub.
Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Yol bağlanıb, avtomobillərin böyük tıxacı yaranıb.